Ötən ay temperatur orta göstəricidən yüksək olub

saytların hazırlanması

Evə çatdırılma

Ötən ay temperatur orta göstəricidən yüksək olub

Sosial

07 Aprel 2023 11:46 598


Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) ekspertləri Avropa ortamüddətli hava proqnozları mərkəzi tərəfindən yaradılmış “Kopernik” iqlim dəyişmələri xidmətinə istinadla bildirirlər ki, bu il mart ayı meteoroloji müşahidələr tarixində qlobal orta temperaturun səviyyəsinə görə ikinci ən isti mart ayı olub. 

Yenisabah.az BMT-nin saytına istinadla xəbər verir ki, “Kopernik” xidməti peyklər, gəmilər, təyyarələr və meteoroloji stansiyalar vasitəsilə bütün dünyada aparılan milyardlarla ölçmə göstəriciləri əsasında nəticə çıxarır. Müqayisə üçün 1991-2020-ci illərə aid məlumatlardan istifadə edilir.

Şimali Afrikada, Rusiyanın cənub-qərbində və Asiya ərazilərinin əksəriyyətində builki mart ayının temperatur göstəriciləri orta göstəricilərdən yüksək olub. Mart ayında Asiyada bir neçə yeni temperatur rekordu qeydə alınıb.  Dördpendirli pizza

Argentinada və Cənubi Amerikanın digər hissələrində, Avstraliyada və Şimali Amerikanın şimal-şərqində temperatur orta göstəricilərdən yüksək olub. 

Avropada mənzərə dəyişkən olub: bu qitənin şimalında mart ayı həmişəkindən daha soyuq, cənubi və Mərkəzi Avropada isə orta göstərici ilə müqayisədə daha isti olub. 

Antarktidada buzların sürətlə əriməsi narahatlıq doğurur. Mart ayında planetdə dənizlərin buzlu sahəsinin ərazisi orta göstəricidən 28 faiz az olub. Bu il fevral ayında isə həmin göstəricinin qiyməti müşahidələrin tarixində ən aşağı səviyyədə olub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!