Ötən gün toya gedən 7 nəfər cərimələndi

saytların hazırlanması

Evə çatdırılma

Ötən gün toya gedən 7 nəfər cərimələndi

Sosial

03 Noyabr 2021 10:34 512


Noyabrın 2-də Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 60 toy şənliyinin monitorinqini həyata keçirib. 

DİN-in Mətbuat Xidmətindən Yenisabah.az-a verilən məlumata görə, monitorinq 54 şadlıq sarayında, 6 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 7 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 9 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb. Dördpendirli pizza

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!