Özbaşınalığa son qoyulmalıdır...

saytların hazırlanması

Evə çatdırılma

Özbaşınalığa son qoyulmalıdır...

Sosial

20 Noyabr 2023 07:38 1984


Əvvəla, qeyd edim ki, Bakı şəhərində nadir halda bir-iki çayxana ola bilər ki, orada müştərilərə əsil, necə deyərlər, pürrəngi çay versinlər. Şəhər çayxanalarında çay əvəzinə sarı, qaynanmış ( bəlkə də heç qaynadılmır) su verirlər. Balaca, 4-5 armudu stəkan su tutumu olan çaynik üçün  müştərilərdən 5, 10 manat, bəzi yerlərdə 20 manat  alırlar! Müştərilər bu özbaşınalıqlara birtəhər dözürlər. 

Tez-tez eşidirik ki, bəzi çayxana və restoranlarda samovar çayını camaata 50-100 manata sırıyırlar! Bu qudurğanları başa düşmək olmur, yəni suyun, şəkərin qiyməti bu qədər bahadır? Suyun çəkisini-filanını da yoxlayan yoxdur. Görünür, cayxanada "işləyən" özbaşına adamlar kimlərəsə aylıq haqq verirlər!..

Mətbuatda oxudum ki, təşkilatçı Eyyub Hüseyinzadədən restoranların birində (restoranın adını niyə yazmayıblar, məlum deyil...) bir çaynik çay üçün 90 manat alıblar! Bu o deməkdir ki, həmin restoranı "işlədənlər" heç kimi saymırlar, heç kimdən çəkinmirlər, qorxmurlar!  Dominos pizza

Müştərilərin aldadılması, onlara "kəf" gəlinməsi təkcə çayxanalarda olmur, axı! Restoranlarda, kafelərdə, yeməkxanalarda başdan-başa, sözün əsil mənasında soyğunçuluq hökm sürür! Müştərilərdən 10-15 manatlıq yemək üçün 50-60 manat, 70 manatlıq yemək üçün 140-150 manat tələb edirlər! 

Yeməklər isə tamamilə aşağı keyfiyyətdə, lazım olduğundan az verilir. Yeməklərə ən ucuz, ürəkbulandıran yağlar, məsələn, palma yağı, xörəkdə istifadə olunması məsləhət görülməyən yağlar vurulduğundan yemək olmur. Salat əvəzinə 1 pomidoru 4 yerə, bir xiyarı da 4 yerə bölüb, 4 adama verirlər. Müştərilər restoran, yeməkxana işçilərinin əvəzinə xəcalət çəkirlər! Vermeşili, düyünü, püreni doldururlar boşqaba, üstündə dırnaq boyda 3-4 tikə əti qoyub, "qulyaş" adı ilə təqdim edirlər! Ət tapılmır, yoxsa, yeməkxana işçilərinin heysiyyəti yoxdur?  Adam onların əvəzinə utanır! Deyiləsi, yazılası çox məsələlər var...

Heç bir xidmət mədəniyyətindən, ümumiyyətlə, xidmətdən söz gedə bilməz! Saqqallı, üst-başları çirk içində olan, ağızlarının danışığını bilməyən gədələri ictimai-iaşə yerlərində günü 10-15 manata qanunsuz işlədilirlər. Bilirsiniz,  onlar niyə heç bir məsuliyyət hiss etmirlər? Bilirlər ki, işlədikləri obyektlərdən işdən çıxarılsalar, başqa obyektlərin müdirləri 5-10 manat artıq verməklə, onları işlədəcəklər! Xarici ölkələrdə isə belə deyil. İctimai-iaşə obyektlərindən işdən çıxarılanlara o sahədə ömründə iş verməzlər! "Sən oradan niyə çıxarılmısan?" deyə, soruşarlar. İşdən çıxanın isə o sahədə işləməkdən başqa sənədi-sübutu olmadığından,  işsiz qalır. 

Bizdə isə müqaviləsiz, əmrsiz-filansız yeməkxana, restoran və çayxanalarda  müştərilərin "cibinə girməklə" "baş dolandırırlar! İnsanlar abır-həya etdiklərindən, çörək yedikləri yerlərdə səslərini çıxarmırlar... 

Restoran, kafe və yeməkxanalarda soyğunçular  villa tikdirmək, bahalı maşınlar almaq üçün gecə-gündüz müştəriləri aldadırlar! 

Bizi daim bir sual düşündürür: Azərbaycanda niyə bu sahədə başqa ölkələrdə olduğu kimi qayda-qanun yaradılmır?

İctimai iaşə sahəsində çalışan, qaz vurub, qazan dolduran, bu sahədə heç bir təhsili olmayanların insanları soymalarına nə qədər dözmək olar?

Xeyrəddin QOCA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!