Özbəkistanda 5.4 ballıq ZƏLZƏLƏ

saytların hazırlanması

Evə çatdırılma

Özbəkistanda 5.4 ballıq ZƏLZƏLƏ

Dünya

22 Mart 2024 10:55 406


Özbəkistanın paytaxtı Daşkənddə və bu ölkənin bir sıra digər regionlarında zəlzələ baş verib. 

Yenisabah.az TASS-a istinadən xəbər verir ki, bu barədə Özbəkistan Fövqəladə Hallar Nazirliyinin Seysmik Proqnozlaşdırma Monitorinqi Respublika Mərkəzi məlumat yayıb.

Bildirilib ki, 5,4 maqnitudada zəlzələnin episentri Tacikistanda olub: “Zəlzələnin ocağı Daşkənddən 313 km cənub-şərqdə hiss olunub”.

Mərkəzin məlumatına görə, yeraltı təkanlar Daşkənd və Sırdərya vilayətində 2 bal, Əndican və Namanqan vilayətlərində 2-3 bal, Fərqanə vilayətində 3 bal gücündə hiss olunub.

İtki və dağıntılar barədə məlumat daxil olmayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!