Pakistan husiləri təhdid etdi

saytların hazırlanması

Evə çatdırılma

Pakistan husiləri təhdid etdi

Dünya

09 Sentyabr 2026 13:21 78


Pakistanın Müdafiə Naziri Xavaca Məhəmməd Asif Yəməndəki Husilərin Səudiyyə Ərəbistanının cənubundakı mülki və neft infrastrukturlarına ("Aramco" qurğuları) təşkil etdiyi son kütləvi raket və dron hücumlarından sonra sərt bəyanatla çıxış edib.

“Yeni Sabah” xəbər verir ki, nazir Husilərin Səudiyyə Ərəbistanına qarşı təcavüzü davam edərsə, Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə arasında imzalanmış kollektiv müdafiə müqaviləsinin müddəaları işə salınacağını bildirib.

NATO-nun 5-ci maddəsinə bənzər bu pakta əsasən, üzv ölkələrdən birinə edilən silahlı hücum hər üç dövlətə olunmuş sayılır. Asif Husiləri münaqişəni Yəmən hüdudlarından kənara çıxarmamağa çağıraraq, Pakistanın öz öhdəliklərinə sadiq qalacağını və təhdid davam edərsə, Səudiyyə Ərəbistanının suverenliyini qorumaq üçün hərbi dəstək verməyə hazır olduğunu vurğulayıb. Toyuqlu pizza

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!