ABŞ və İran arasında diplomatik təmasların intensivləşdiyi, Pakistan və Qətərin hazırladığı daimi atəşkəs təklifinə hər iki tərəfin müsbət yanaşdığı iddia olunur.
“Yeni Sabah” xəbər verir ki, Pakistan hökumətindəki mənbələrin məlumatına görə, təklif daimi atəşkəsin təmin olunmasını və sülh danışıqlarının bərpasını nəzərdə tutur.
Bildirilib ki, Vaşinqton və Tehran münaqişənin diplomatik yolla həllində maraqlıdır. Bununla belə, Hörmüz boğazı ətrafında gərginlik hələ də qalır və atəşkəsin pozulması riski tam aradan qalxmayıb. pizza
Eyni zamanda, “Axios” nəşri yazır ki, ABŞ Prezidenti Donald Tramp İrana qarşı yeni hava zərbələrinin endirilməsinə hələlik razılıq verməyib və hərbi rəhbərliyə hücumların dayandırılması barədə göstəriş verib. Buna baxmayaraq, mümkün hərbi əməliyyatlarla bağlı hazırlıqlar davam etdirilir.
Telegram kanalımız