30 Sentyabr - 00:56
Palata AzTV-də maliyyə yoxlamalarına başlayacaq

Palata AzTV-də maliyyə yoxlamalarına başlayacaq

Sosial

24 Yanvar 2019 23:24 603


Bu il Hesablama Palatasının İş Planına uyğun olaraq "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə ayrılmış vəsaitlərin istifadəsinin auditi həyata keçiriləcək.

Qurumda  sonuncu planlı yoxlama 2015-ci ildə aparılıb. Hesablama Palatası yoxlamanın nəticələrini 2016-cı ilin aprelində açıqlayıb. Məlum olub ki, dövlət televiziyasında UEFA çempionlar liqasının final oyunlarından reportajlar hazırlamaq üçün ezam olunan işçilərə artıq vəsait xərc edilib, proqram təminatı vaxtından əvvəl hesabdan silinib, videomaterialların yeni formatda köçürülməsi, bərpası və geniş annotasiyalarının yazılması işlərini həyata keçirmək üçün yaradılmış işçi qrupunun üzvlərinin əməyinin ödənişini tənzimləyən daxili qaydalar və normativlər müəyyən edilmədən onlara əlavə əmək haqqı hesablanıb. Eləcə də təhtəlhesab şəxslərin hesablarına ödənilən, lakin istifadə edilməyən ezamiyyə xərcləri üzrə vəsaitlər qaytarılarkən, banka təhvil verilmədən, birbaşa kassaya mədaxil edilərək, sonradan təyinatı üzrə xərclərin ödənilməsinə yönəldilib.

Bu il həyata keçiriləcək planlı yoxlama isə 2017-2018-ci illəri əhatə edəcək. Bunu teleradio şirkətinin maliyyə idarəsinin rəisi vəzifəsindən çıxarılan Şahrza Əliyev də təsdiqləyib. Bir sözlə, Arif Alışanovun "Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-yə sədrlik etdiyi son iki il yoxlanacaq. A. Alışanov Prezident İlham Əliyevin sərəncamı ilə 16 avqust 2006-cı ildə bu qurumun sədri vəzifəsinə təyin edilib, 2019-cu il yanvarın 15-də azad edilib.

Bakupost


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!