Artıq internetdən paltar seçərkən onu geyinib görməyə ehtiyac qalmayacaq. Süni intellekt sayəsində seçdiyiniz geyimin üzərinizdə necə görünəcəyini əvvəlcədən görmək mümkün olacaq.
“Yeni Sabah” xəbər verir ki, "OpenAİ" şirkəti "ChatGPT"nin alış-veriş imkanlarına yeni funksiya əlavə edib. İstifadəçilər artıq geyim və aksessuarları virtual olaraq öz üzərlərində sınaqdan keçirə biləcəklər.
Yeni funksiyada "ChatGPT"nin alış-veriş nəticələrində geyim və ya aksessuarların yanında “Try on” seçimi görünür. İstifadəçi bu seçimə daxil olduqdan sonra öz selfisini və ya uyğun bir fotoşəkilini yükləyə bilər. Bundan sonra süni intellekt seçilən geyimin həmin şəxsin üzərində necə görünə biləcəyini göstərən görüntü hazırlayır. Marqarita pizza
Bu imkan yalnız "ChatGPT"nin təklif etdiyi məhsullarla məhdudlaşmır. İstifadəçi internetdə gördüyü geyimin ekran görüntüsünü və ya məhsul fotosunu da söhbətə əlavə edərək “Bunu üzərimdə göstər” yaza bilər.
"OpenAİ" alış-veriş bölməsinə “Favorites” funksiyasını da əlavə edib. Bu funksiya vasitəsilə istifadəçilər bəyəndikləri məhsulları "ChatGPT"də saxlaya və sonradan yenidən nəzərdən keçirə bilərlər. Məhsulları qovluqlara ayırmaq da mümkündür. Bundan başqa, istifadəçi istədiyi geyim tərzini təsvir edərək həmin üsluba uyğun məhsulların tapılmasını xahiş edə bilər.
Həmçinin bəyəndiyi məşhur şəxsin geyim fotosunu yükləyərək həmin geyimlərə bənzər və satın alına bilən məhsulların tapılmasını istəyə bilər.
Əsmətxanım Rzazadə
Telegram kanalımız