Koronavirus pandemiyasından ABŞ iqtisadiyyatına dəyən iqtisadi ziyan hazırda təxminən 14 trilyon dollar qiymətləndirilir.
Yenisabah.az "Los Angeles Times"a istinadla xəbər verir ki, 2020-ci ildən 2023-cü ilə qədər təkcə vətəndaşlara lazımi tibbi xidmətin göstərilməsi ilə bağlı birbaşa xərclər təxminən 214 milyard dollar təşkil edib.
2020-ci ildən 2023-cü ilə qədər ABŞ-ın xalis iqtisadi məhsulu təxminən 103 trilyon dollar təşkil edəcək. Təhlillərə görə, pandemiya olmasaydı, bu rəqəm 2020-ci ildə inflyasiyaya uyğunlaşdırılmış dollarda təxminən 14% artaraq 117 trilyon dollar civarında olardı. Bu dövrdə əsasən xəstəxanaya yerləşdirmə ilə bağlı birbaşa səhiyyə xərcləri təxminən 214 milyard dollar təşkil edib. Sezar pizza
Eyni zamanda, səhiyyə xərclərinin həcmi ABŞ-da ölüm nisbətindən asılı olaraq dəyişə bilər. 2020-ci ilin yanvarından 2022-ci ilin iyununa qədər 65 min vətəndaşın öldüyünü nəzərdə tutan ən optimist ssenaridə xərclər təqribən 20 milyard dollar təşkil edəcək, ən pis halda (insan itkiləri - təxminən 2 milyon) bu rəqəm 365 milyard dollara qədər artacaq.
Telegram kanalımız