Roma Papası Fransisk anaları oğullarını evlənməyə təşviq etməyə çağırıb.
Yenisabah.az "Somerset Live"ə istinadla xəbər verir ki, Fransisk bunu Romada ailə dəyərlərinin qorunub saxlanmasına həsr olunmuş Beynəlxalq Ailə Görüşündə çıxışı zamanı deyib.
“O qədər gənc görürük ki, ailə qurmağa cəsarəti çatmır, anaları isə tez-tez mənə deyirlər ki, “bir şey et, evlənməyən oğlumla danış, artıq 37 yaşı var..." Sinyora, siz onun köynəklərini ütüləməyin, ilk addımı atın, qoy doğma yuvasını tərk etsin”, - deyə katolik ruhani bildirib. pizza
Bundan əlavə, pontifik gəncləri “asan yola getməməyə” və çətin anlarda anaları ilə yaşamağa qayıtmamağa çağırıb.
Telegram kanalımız