16 Avqust - 05:41
Parlament fövqəladə vəziyyətlə bağlı prezidentin fərmanını təsdiqlədi

Parlament fövqəladə vəziyyətlə bağlı prezidentin fərmanını təsdiqlədi

Dünya

03 İyul 2022 11:48 428


Özbəkistan parlamenti Qaraqalpaq Respublikasında fövqəladə vəziyyət rejiminin tətbiqi haqqında Prezident Şavkat Mirziyoyevin imzaladığı fərmanı təsdiqləyib. 

Yenisabah.az xəbər verir ki, bu barədə parlamentin mətbuat xidməti məlumat yayıb.

Qərar qəbul edildiyi gündən qüvvəyə minir.

Xatırladaq ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iğtişaşların baş verdiyi Qaraqalpaq Respublikasının ərazisində iyulun 3-dən avqustun 2-dək fövqəladə vəziyyət elan edib.

Vətəndaşların təhlükəsizliyini təmin etmək, onların hüquq və azadlıqlarını qorumaq, asayişi bərpa etmək məqsədilə, Prezidentin sərəncamına əsasən, iyulun 3-ü saat 00:01-dən avqustun 2-si saat 00.00-dək Qaraqalpaq Respublikasında fövqəladə vəziyyət rejimi tətbiq edilib.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!