Ermənistan və Azərbaycandan olan iş adamları əvvəllər iki ölkənin hökumətləri vasitəsilə mal siyahıları mübadiləsi aparsalar da, artıq buna ehtiyac yoxdur.
"Yeni Sabah" news.am-a istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
O izah edib ki, bundan sonra Ermənistan və Azərbaycandan olan iş adamları bir-biri ilə birbaşa işləyə bilərlər.
Paşinyan əlavə edib ki, Ermənistan və Azərbaycanın bir-birinə tədarük etdiyi malların çeşidi genişlənə bilər: "Hazırda bu məsələ ilə bağlı dəqiq razılaşma yoxdur".
Baş nazir müəyyən dairələrin hədəfinə çevrilməmək üçün Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevlə görüşən iş adamlarının adlarını açıqlamayacağını vurğulayıb.
Telegram kanalımız