Ermənistan Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvü olaraq qalır və təşkilat çərçivəsində fəaliyyətini davam etdirir.
"Yeni Sabah" Armenpress-ə istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
“Biz mövcuduq və Aİİ-nin üzvüyük. İndi Avrasiya İqtisadi İttifaqı özü deməlidir ki, o mövcuddur, yoxsa yox”, – Ermənistan hökumətinin başçısı qeyd edib. Pepperoni pizza
Paşinyanın sözlərinə görə, yaxın vaxtlarda Aİİ daxilində yaranmış vəziyyətlə bağlı müzakirələrə başlayacaq:
“Əlbəttə, mənim də vəzifədaşlarıma suallarım var. İştirakım olmadan qəbul etdikləri bəyanatın praktikada nə demək olduğunu anlamalıyıq”.
O vurğulayıb ki, Aİİ üzvlərindən hər hansı birinin digər üzv ölkəyə qarşı birtərəfli qərarlar qəbul etməsi təşkilatın mahiyyətinə ziddir.
“Başa düşməliyik ki, Aİİ-nin istənilən üzvü bir səhər oyanıb digər üzv ölkəyə qarşı belə qərarlar qəbul edə bilərmi? Mənim qiymətləndirməmə görə, bu sualın cavabı “bəli”dirsə, deməli, Aİİ özünü buraxdığını bəyan edir və biz də bundan sonrakı addımlarımızı buna uyğun müəyyən etməli olacağıq”.
Telegram kanalımız