"Fakt budur ki, 44 günlük müharibə nəticəsində vətənimizin bir hissəsini itirmişik, eyni zamanda, daha suveren, daha müstəqil, özümüzü təmin edən dövlət əldə etmişik".
Yenisabah.az Armenian News-a istinadla xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan deyib.
O əlvə edib: "2025-ci il martın 1-i Ermənistan Respublikasının sərhəd qoşunlarının bütün sərhəd keçid məntəqələrində xidmət etdiyi gündür. Bütün bunlar çox məntiqli görünür, elə deyilmi? Biz müstəqil dövlətik, təbii ki, sərhədçilərimiz sərhədimizdə olmalıdır. pizza
Bu qərarı 2024-cü ildə vermişəm. 2018, 2019, 2020-ci illərdə bu qərarı verə bilməzdim. Amma 2024-cü ildə bu qərarı verə bildim. Biz Rusiya Federasiyasına göstərilən dəstəyə görə minnətdarlığımızı bildirdik, lakin dedik: dövlət olaraq yetkinləşmişik və özümüz sərhəd-keçid məntəqələrimizə nəzarət edə bilərik".
Telegram kanalımız