Ermənistan Baş naziri Nikol Paşinyanın qərarına əsasən, ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan İrana ezam edilib.
"Yeni Sabah" Armenpress-ə istinadla xəbər verir ki, müvafiq qərar Ermənistan hökumətinin saytında dərc edilib.
Qərara əsasən, nazir Xudatyan 3 günlük səfəri zamanı Tehranda bir sıra yüksək vəzifəli İran rəsmiləri ilə görüşlər keçirəcək. Dördpendirli pizza
"David Xudatyan işgüzar səfərdən qayıtdıqdan sonra üç gün ərzində səfərin nəticələri barədə hesabat təqdim etməlidir", - qərarda deyilir.
Telegram kanalımız