Paşinyanın komandası parçalanır

saytların hazırlanması

Evə çatdırılma

Paşinyanın komandası parçalanır

Sosial

07 Mart 2023 10:34 732


Ermənistandakı hakim “Mülki müqavilə” fraksiyasında gərginlik və ziddiyyətlər getdikcə dərinləşir. 

Yenisabah.az xəbər verir ki, bu barədə “Joğovurd” məlumat yayıb.

Erməni nəşri bildirir ki, hazırda hakim partiya üzvləri bir neçə qrupa bölünüb: Toyuqlu pizza

“Onların bir qanadı Andranik Koçaryanın ətrafındadır, digəri isə keçmiş QHT sektorunun qondarma qanadıdır. Hansı ki, onlar Arsen Torosyanı qeyd-şərtsiz dəstəkləyir və onu ədalətin pioneri hesab edir. Bu qrup partiyasının saxtalaşdırılmış seçkilərindən şikayət etməyə cəsarət göstərən yeganə komandadır”. 

Qəzetin məlumatında bildirilir ki, sonrakı yerdə Ermənistan Milli Məclisinin sədri Alen Simonyanın, həm də Baş nazir Nikol Paşinyanın qanadları var ki, onlar da fraksiya daxilində baş verən hər hansı hadisəni Paşinyanın gözünə girmək üçün təcili ona çatdırırlar. KİV əlavə edib ki, bu qruplar müxtəlif məqamlarda bir-birini ittiham etmək və bir-birinin üstünə palçıq atmaq fürsətini əldən vermir, həm də medianı müxtəlif xəbərlərlə təmin edirlər. 

“Buna baxmayaraq, “Koçaryan” və “Torosyan” qanadları arasında münasibətlər xüsusilə gərgindir. Məsələ burasındadır ki, Andranik Koçaryanın tərəfdarları Torosyanın partiya daxilində mövqelərini hər cür zəiflətməyə çalışır, həm də Paşinyana Torosyanla bağlı əks-kampaniya aparırlar”, - məlumatda qeyd olunub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!