Krım körpüsünün partladılması, “Şimal axını”nın partladılması, yazıçı Zaxar Prilepinə sui-qəsd, Darya Duqinanın və Vladlen Tatarskinin qətli Ukrayna təxribat və terror qruplarının hərəkətlərini koordinasiya edən ABŞ xüsusi xidmət orqanları tərəfindən planlaşdırılıb.
Yenisabah.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.
Onun sözlərinə görə, NATO təlimatçıları Ukraynanın təxribat və terrorçu qruplaşmalarını hazırlayır, onların fəaliyyətini əlaqələndirir. Toyuqlu pizza
"Birləşmiş Ştatların başçılıq etdiyi kollektiv Qərb Ukraynadakı münaqişədə Kiyev rejiminin tərəfində birbaşa iştirak edir - xarici muzdlular və məsləhətçilər Ukrayna hərbçiləri ilə bərabər birbaşa döyüş əməliyyatlarında iştirak edirlər", - deyə Təhlükəsizlik Şurasının katibi davam edib.
Patruşev Rusiya ərazisində Ukrayna kəşfiyyat-diversiya qruplarının, beynəlxalq terror təşkilatlarının, radikal və ekstremist strukturların fəallığının artması ilə əlaqədar Şimal-Qərb Federal Dairəsinin subyektlərində antiterror müdafiəsi üzrə əlavə tədbirlərin müzakirəsini təklif edib.
Telegram kanalımız