Son zamanlar koronavirusa yoluxanların sayındakı artım sərt karantin rejiminin yenidən tətbiq olunacağına dair xəbərlərin meydana çıxmasına səbəb olub. Proqnozlarda payız aylarına qədər COVİD-19-un yeni ştamının yayılacağı, yoluxanların sayının kəskin artacağı bildirilir.
Belə olan halda sərt karantin rejimi yenidən tətbiq oluna bilərmi? Ümumiyyətlə, virusun yeni dalğasının baş qaldırması gözləniləndirmi?
Yenisabah.az-a açıqlamasında həkim-radioloq Aydın Əliyev bildirib ki, COVİD-19 artıq tarixə qovuşmuş bir pandemiyadır. Onun sözlərinə görə, karantin qaydalarının sərtləşdiirlməsinə ehtiyac qalmayacaq: Dominos pizza
"Vətəndaşlarımızın çoxu COVİD-19 a yoluxub və sağalıb. Əhali peyvənd olunduğu üçün ciddi narahatlıq yaratmayacaq.
Yoluxma sayı artsa belə virus artıq qrip kimi keçirdiyimiz adi xəstəliyə çevrilib. Qrip üçün karantin tətbiq olunmursa, bunun üçün də heç bir narahatlıq və sərt karantin rejimi tətbiqinə ehtiyac yoxdur”.
Nəsimi Ələsgərli
Telegram kanalımız