Paytaxt rayonlarında birgə monitorinqlər davam edir

saytların hazırlanması

Evə çatdırılma

Paytaxt rayonlarında birgə monitorinqlər davam edir

Sosial

27 Aprel 2022 11:47 310


Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və “Regional İnkişaf” İctimai Birliyi (RİİB) arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində paytaxt rayonlarında birgə monitorinqlərin aparılması davam etdirilir. 

Bu barədə "Yeni Sabah"a Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat  Xidmətindən məlumat verilib. Bildiirlib ki, küçə və prospektlərdə, park və məhəllələrdə keçirilən monitorinqlər zamanı RİİB könüllüləri və icra hakimiyyətinin əməkdaşları tərəfindən müşahidələr aparılaraq yaşıllıq zolaqlarının salınması, küçələrin işıqlandırılması,  asfalt örtüklərinin yenilənməsi, abadlıq işlərinin görülməsi,  sakinlərin rahat və təhlükəsiz hərəkəti üçün səkilərin salınması və digər istiqamətlərdə təkliflər hazırlanır.   

Artıq Səbail və Nərimanov rayonlarında keçirilmiş monitorinqlərin nəticələri ilə bağlı olaraq bir sıra küçə və prospektlərdə səkilər təmir edilir, ağaclar budanır,  yaşıllıqlar salınır,  işıqlandırma sistemləri qurulur və digər abadlaşdırma işləri aparılır.    Dördpendirli pizza

Hazırda birgə monitorinq qrupları Yasamal rayonu ərazisində reydlər keçirir.  Növbəti mərhələdə nəticələrdən asılı olaraq çatışmazlıqların aradan qaldırılması istiqamətində hazırlanan təkliflərin aidiyyəti qurumlarla əməkdaşlıq əsasında reallaşdırılması üçün tədbirlər görüləcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!