Paytaxt sakinlərinin NƏZƏRİNƏ:   17 avtobusun hərəkət sxemi dəyişdirilir

saytların hazırlanması

Evə çatdırılma

Paytaxt sakinlərinin NƏZƏRİNƏ: 17 avtobusun hərəkət sxemi dəyişdirilir

Sosial

11 Mart 2023 17:30 941


Bakı şəhəri üzrə 17 avtobusun hərəkət sxemi üç günlük dəyişdiriləcək.

Yenisabah.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb. 

Belə ki, martın 12-14-də Bakıda 1, 2, 4, 5, 10, 18, 21, 30, 32, 46, 49, 88, 125, 127, 175, H1, M3 nömrəli müntəzəm marşrutların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək. Dördpendirli pizza

Dəyişikliyə səbəb həmin tarixlərdə Neftçilər prospektində, eləcə də Akademik Zərifə Əliyeva küçəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrin hərəkətinə məhdudiyyətin tətbiq edilməsidir.

Sözügedən marşrut xətləri üzrə avtobusların hərəkəti alternativ küçələrlə (Əhməd Cavad küçəsi, Niyazi küçəsi, İstiqlaliyyət küçəsi, Azərbaycan prospekti, Şəmsi Bədəlbəyli küçəsi, Azadlıq prospekti, Nizami küçəsi) təşkil ediləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!