Paytaxt sakinlərinin NƏZƏRİNƏ - Sabah bu ərazilərdə qaz olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Paytaxt sakinlərinin NƏZƏRİNƏ - Sabah bu ərazilərdə qaz olmayacaq

Sosial

08 Aprel 2024 18:53 709


Badamdar və Biləcərinin bir hissəsində qaz təchizatı dayandırılacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB-dən bildirilib.

Məlumata görə, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yeraltı qaz xəttinin yerüstü qaz xətti ilə əvəz olunması və Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi ünvanında COP29 proqramına əsasən orta təzyiqli qaz xəttinin dayaqlar üzərinə qaldırılması işləri aparılacaq. Marqarita pizza

Qeyd olunan işlərin həyata keçirilməsi məqsədilə 09.04.2024-cü il tarixdə saat 10:00-dan etibarən Səbail rayonu üzrə Badamdar qəsəbəsinin 3-cü yaşayış massivinin, Binəqədi rayonu üzrə isə Biləcəri qəsəbəsinin Məlik Aslanov küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!