Paytaxtda ən çox su itkisi hansı rayonlarda qeydə alınıb?

saytların hazırlanması

Evə çatdırılma

Paytaxtda ən çox su itkisi hansı rayonlarda qeydə alınıb?

Sosial

10 Mart 2023 15:33 1456


Ən çox su itkiləri Bakının Sabunçu, Suraxanı və Binəqədi rayonlarında və Abşeronda qeydə alınır.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, bunu “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov "Ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyət" adlı mətbuat konfransında deyib.

"Bunun əsas səbəbi bir tərəfdən sürətli və pərakəndə şəkildə, infrastruktur olmayan yerlərdə tikililərin salınmasıdır. Digər tərəfdən isə su təchizatı sistemləri köhnəlməyə doğru gedir. Marqarita pizza

Baxmayaraq ki, daxili imkanlar hesabına 500 kilometrə yaxın paylayıcı qurğular yenilənib, Abşeron yarımadasındakı analoji qurğuların 70 %-dən çoxu istismar müddətini başa vurub. Eyni zamanda tikinti-norma qaydalarına da uyğun gəlməyən şəbəkələr çəkilib", - deyə E. Məmmədov əlavə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!