Paytaxtda külək güclənir - Faktiki hava

saytların hazırlanması

Evə çatdırılma

Paytaxtda külək güclənir - Faktiki hava

Sosial

05 Fevral 2024 16:19 538


Fevralın 5-i saat 15:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində arabir güclənən cənub-qərb küləyi müşahidə olunur.

Yenisabah.az xəbər verir ki, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında, eləcə də Qobustanda 21 m/s, Göyçayda 18 m/s, Sabirabadda 17 m/s, Şəki, Yardımlıda 16 m/s-dək güclənib.

Neft daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 2.4 metrə çatıb. pizza mizza

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 15, Naxçıvan MR-da 7, Aran rayonlarında 14, dağlıq rayonlarda 4 dərəcəyədək isti olub. Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti fevralın 6-sı günün ikinci yarısınadək davam edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!