Paytaxtın 3 prospektinə yeni asfalt döşəndi

saytların hazırlanması

Evə çatdırılma

Paytaxtın 3 prospektinə yeni asfalt döşəndi

Sosial

04 May 2022 19:10 175


Bakı şəhəri, Heydər Əliyev, Azadlıq və Qara Qarayev prospektlərinin bir hissəsində təmir işləri icra olunub.

Bu barədə Yenisabah.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Məlumata görə, təmir işləri zamanı deformasiyaya uğramış örtüyün üst qatı frezlənərək kənarlaşdırılıb, əvəzinə yeni asfalt-beton örtüyü döşənib. pizza

Heydər Əliyev prospektinin Bağırov körpüsünün çıxış hissəsində (Koroğlu yol qovşağı istiqamətində) 1750 kv.m sahəsində, Azadlıq prospektinin İzzət Həmidov və Sahib Zeynalov küçələri arasında yerləşən hissəsinin 4 min kv.m sahəsində, həmçinin Qara Qarayev prospektinin (YAP-ın təşkilatının inzibati binasının önü) 600 kv.m sahəsində təmir işləri aparılıb.

Təmir işləri hərəkət intensivliyi nəzərə alınaraq 30 aprel və 01 may tarixlərində, qeyri-iş günlərində yerinə yetirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!