Paytaxtın təhsil idarəsi “70 manat qalmaqalı“na qarışdı

saytların hazırlanması

Evə çatdırılma

Paytaxtın təhsil idarəsi “70 manat qalmaqalı“na qarışdı

Sosial

17 May 2022 10:22 653


Adı rüşvətdə hallanan Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəbin direktoru ilə bağlı qalmaqala Bakı Şəhəri üzrə Təhsil İdarəsi də qarışıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Yenisabah.az-a bildirilib ki, qurum bu məsələ ilə bağlı araşdırma aparır:

“Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək. Təhsil müəssisələrinin fəaliyyətinə uyğun olmayan hallara qarşı müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır”. pizza mizza

Xatırladaq ki, məktəblə bağlı şikayətdə “Son zəng”də məzunlar üçün birinci sinif şagirdlərindən 70 manat pul yığıldığı iddia olunub.

Nəzrin Vahid 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!