Pedofillərə ölüm hökmü - Hökumət etiraz etdi

saytların hazırlanması

Evə çatdırılma

Pedofillərə ölüm hökmü - Hökumət etiraz etdi

Dünya

12 May 2023 13:34 838


Qırğızıstan hökuməti Joqorku Keneş (ölkə parlamenti) deputatlarının pedofillər üçün ölüm cəzasının tətbiqi təşəbbüsünə qarşı çıxıb.

Yenisabah/az "Sputnik Kırqızıstan"a istinadla xəbər verir ki, Nazirlər Kabinetinin sədr müavini Edil Baysalov bildirib: 

“Ölüm hökmünün ləğvi ümumxalq səsverməsi ilə dəfələrlə təsdiq edilmiş fundamental konstitusiya normasıdır. Bu, müvəqqəti moratorium deyil, şüurlu seçimdir”. Sezar pizza

Baysalov parlamentarilərin təklifini “impulsiv” adlandırıb və qeyd edib ki, kabinet konstitusiyanı bu cür təşəbbüslərə qarşı fəal şəkildə müdafiə edəcək.

Bundan əvvəl Joqorku Keneşin 61 deputatı konstitusiyaya dəyişiklik etməyi və azyaşlı uşaqların cinsi təhlükəsizliyinə qarşı cinayətlərə görə ölüm cəzasının tətbiqini təklif edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!