Pensiya artımları nə zaman veriləcək? 

saytların hazırlanması

Evə çatdırılma

Pensiya artımları nə zaman veriləcək? 

Sosial

05 Fevral 2024 14:39 9588


Prezident İlham Əliyevin sərəncamına əsasən, bütün növ əmək pensiyaları 2024-cü il yanvarın 1-dən artımla hesablanacaq. 

Yenisabah.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına əsasən, 2023-cü il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq pensiyalar 11,2 faiz indeksləşdirilməklə bu ilin 1 yanvar tarixindən artırılır. 

Artımlar fevral ayında ikisi birlikdə ödəniləcək. Yanvar ayı üçün hesablanmış artım da fevral ayının pensiya məbləğinə əlavə olunacaq. Yəni martın əvvəlində pensiyaçılar həm yanvarın, həm də fevralın artımını eyni vaxtda alacaqlar.  Pepperoni pizza

İndeksləşdirmə, yəni artımlar bütün növ əmək pensiyalarına şamil olunur. “Əmək pensiyaları haqqında” qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının 3 növü təsbit olunub. Bunlar yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasıdır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!