Pensiyaçılara yenidən əlavə 200 manat veriləcək? - RƏSMİ AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Pensiyaçılara yenidən əlavə 200 manat veriləcək? - RƏSMİ AÇIQLAMA

Sosial

06 Aprel 2024 15:36 21263


Pensiyaçalara maddi yardım verilməsi məsələsinə aydınlıq gətirilib.

Yenisabah.az Trend-ə istinadən xəbər verir ki, bu barədə DOST TV-nin canlı yayımında Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov deyib.

"2022-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə əmək pensiyaçılarına maddi dəstək göstərilməsi məqsədilə sığorta prinsipiylə pensiya alan şəxslərə 200 manat maddi yardım edildi. 2023-cü ildə isə həmin maddi yardımlar bölündü və bir aya düşən məbləği pensiyalara daxil edildi. Həmin yardımlar indeksləşidirilərək pensiya məbləği daxilində ödənilir. Sosial ödənişlərdə artımlar ola bilər. Bunu indi dəqiq demək çətindir. Vətəndaşlara dövlətin dəstəyi davamlı şəkildə gücləndirilir", - deyə o bildirib. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Pərvin
    Salam mən 2 ci qarabağ muharibe veterani Nagiyev Pərvin bilmek isteyirem ki bizim bu 80 manat ne vaxt artirilacaq ve gunu gunden de butun qiymetlər qalxır ərzaq və s bizim pulumuz ne vaxt qalxacaq
    2 years ago