Pensiyalar kimdə və nə qədər artacaq?- MƏBLƏĞ AÇIQLANDI

saytların hazırlanması

Evə çatdırılma

Pensiyalar kimdə və nə qədər artacaq?- MƏBLƏĞ AÇIQLANDI

Sosial

29 Sentyabr 2022 16:59 50096


"Dövlət maddi yardımları pensiyanın tərkibinə daxil edilməsinin ardıcıllığını ilk əvvəl maddi yardıma daxil edib, sonra indeksasiya edəcək. Burda məqsəd odur ki, misal üçün 400 manat pensiyanın üzərinə 16.70 AZN gələrək cəmi məbləği gələn ilin indeksasiya faizi qədər indeksləşdiriləcək. Əslində 16.70 AZN iki dəfə artıma məruz qalacaq. Penisyalar həm 16.70 AZN artacaq, həm də məbləğin 15 faizi miqdarında yenə artaraq üzərinə əlavə olunacaq".

“Yeni Sabah” xəbər verir ki, bu sözləri "ARB24"ə açıqlamasında ƏƏSMN-in şöbə müdiri Elnur Abbasov bildirib.

Nazirlik rəsmisi əlavə edib ki, gələn ildən 400 manat pensiya alan vətəndaşlar ümumilikdə 480 AZN civarında pensiya alacaqlar. Dominos pizza

Ətraflı videoda izləyə bilərsiniz:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Əfsanə
    Salam. Siz minimum pensiya ne qeder artacaq onu yazin ne qeder artim olacaq.mes.248 azn alan ne qeder artim olacaq?Azerbaycanda 400 man pensiya alan cox az adam olar.100 man da artsa dermana iyneye hekime catmir.Bunlari nezere alib artim edin.
    4 years ago