Pensiyalar tam ödənildi

saytların hazırlanması

Evə çatdırılma

Pensiyalar tam ödənildi

Sosial

15 Fevral 2022 20:54 1306


Respublika üzrə fevral ayının pensiya ödənişi bu gün tam yekunlaşıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Bildirilib ki, fevralın 10-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə, bu gün isə ölkəmizin digər bölgələrində yaşayan şəxslərin pensiyaları, habelə güzəştli şərtlərlə pensiya təyin edilmiş pensiyalar ödənilib. pizza hut

Qeyd edək ki, 2022-ci ilin 1 yanvar tarixindən etibarən tətbiq olunan pensiya artımının yanvar ayı üçün olan artımı da fevral ayının pensiyası ilə birgə ödənilib.

Bundan başqa 2022-ci il üzrə verilməsi nəzərdə tutulan 200 manat maddi yardımın rüblər üzrə bölünməklə ilk 50 manatı da fevral ayının pensiyasının üzərinə əlavə olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!