Peruda baş verən güclü zəlzələ nəticəsində altı nəfər həyatını itirib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə ölkənin Nazirlər Şurasının sədri Luis Arroyo Sançes RPP radiostansiyasına açıqlamasında məlumat verib.
"Təəssüf ki, altı nəfər həlak olub. Biz artıq onların yaxınlarına başsağlığı vermişik və zərər çəkmiş bir neçə əraziyə baş çəkmişik", - deyə o bildirib. Marqarita pizza
Hökumət başçısının sözlərinə görə, zəlzələ nəticəsində 250-dən çox yaşayış evi zərər görüb, 48 bina isə tamamilə dağılıb.
Hazırda aidiyyəti qurumlar dağıntıların miqyasını müəyyənləşdirmək və zərərçəkənlərə yardım göstərmək üçün işlərini davam etdirirlər./Oxu.Az
Telegram kanalımız