Peskov: “Donbas Rusiyaya birləşdikdən sonra...“

saytların hazırlanması

Evə çatdırılma

Peskov: “Donbas Rusiyaya birləşdikdən sonra...“

Dünya

23 Sentyabr 2022 14:38 1017


"Rusiyaya birləşdikdən sonra Ukraynanın Donbass ərazilərini qaytarmaq cəhdləri, Rusiya Konstitusiyasına uyğun olaraq, ölkəyə hücum kimi qiymətləndiriləcək".

Yenisabah.az "Interfax"a istinadla xəbər verir ki, bunu Rusiya prezidentin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.

O deyib: "Şübhəsiz ki, Rusiya Federasiyasının Konstitusiyası bu ərazilərə münasibətdə dərhal qüvvəyə minəcək, burada hər şey bu baxımdan çox aydın şəkildə göstərilib". pizza sifarişi

Peskovun sözlərinə görə, Rusiya Konstitusiyasının müvafiq müddəaları respublikaların Rusiyaya qoşulduğu andan qüvvəyə minəcək:

"Əgər referendumda Donbass ərazilərinin Rusiyaya birləşdirilməsi ilə bağlı qərar qəbul edilərsə, qoşulma prosesi kifayət qədər tez və Rusiya qanunvericiliyinə tam uyğun olaraq baş tutacaq”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!