Kremldə Fransa prezidenti Makronun Çinlə birlikdə Rusiya və Ukrayna arasında danışıqlara hazırlıq planı barədə məlumat yoxdur.
Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov danışıb.
Kreml sözçüsü bildirib: “Biz Fransanın hər hansı planının mövcudluğundan xəbərdar deyilik və müvafiq olaraq, Fransa tərəfdən heç nə almamışıq. Dominos pizza
Həqiqətən belə məlumatlar var. Deyirlər ki, Çinə səfəri zamanı Fransa tərəfi bəzi elementləri səsləndirib, lakin indiyədək bu elementlər özlərini heç bir yerdə göstərməyiblər”.
Bundan əvvəl “Le Monde” qəzeti Makronun Çinə səfərinin Pekinin Ukrayna münaqişəsi və Rusiya ilə bağlı mövqeyinin dəyişməsinə səbəb olmadığını yazıb. Makron Çinə dövlət səfəri zamanı Çin prezidenti Si Zinpinə də Ukrayna münaqişəsinin həllində Pekinin vasitəçiliyinə ümid etdiyini bildirib.
Telegram kanalımız