Peskov növbəti uydurmanı təkzib etdi

saytların hazırlanması

Evə çatdırılma

Peskov növbəti uydurmanı təkzib etdi

Dünya

11 Aprel 2023 15:38 731


Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Misirin gizli şəkildə Rusiyaya 40 minə qədər raket göndərməyi planlaşdırdığı barədə yayılan məlumatı şərh edib.

Yenisabah.az "Gazeta"ya istinadla xəbər verir ki, Kremlin sözçüsü bu məlumatı uydurma adlandırıb: "Bu cür xəbərlərə belə yanaşmaq lazımdır".

Bundan əvvəl “The Washington Post” qəzeti Amerika kəşfiyyatının şəbəkəyə sızmış materiallarına istinadla, Misirin gizli şəkildə Rusiya Federasiyasına 40 minə qədər raket göndərməyi planlaşdırdığını yazıb. Sezar pizza

Nəşr qeyd edib ki, Misir prezidenti Əbdül Fəth əs-Sisi bu yaxınlarda öz tabeliyində olanlara Rusiyaya gizli göndərilmək üçün 40 minə qədər raket istehsal etməyi əmr edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!