Peyvənd vurdurmayan müğənni toy apara bilər? -   DİN-dən AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Peyvənd vurdurmayan müğənni toy apara bilər? - DİN-dən AÇIQLAMA

Sosial

02 İyul 2021 15:37 1226


Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarı ilə Azərbaycanda iyulun 1-dən şənlik mərasimlərinin (toy, nişan və ad günü) keçirilməsinə icazə verilib. Amma bu zaman toy edəcək və məclisə qatılacaq şəxslər bəzi qaydalara əməl etməlidirlər. Onlardan biri də peyvənd olunmaqdır. Belə ki, toya gedən şəxsin vaksin pasportu olmalıdır. Bəs görəsən, Covid-19 pasportu olmayan müğənni toy apara bilər?

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DIN) Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Axşam.az-ın sorğusunu cavablandırıb. O bildirib ki, peyvənd etdirməyən müğənni toy apara bilməz:

"Daxili İşlər Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyinin ötən gün keçirdiyi monitorinqlərin nəticələri göstərir ki, qayda pozuntusu müşahidə olmadı. Toyda olan müğənnilərin vaksindən keçməməsi müşahidə edilməyib. Neqativ hal aşkarlanmayıb. Bu göstərir ki, müğənnilərin əksəriyyəti vaksindən keçib. Amma Covid-19 pasportu olmayan müğənninin toy aparmasına icazə yoxdur. pizza hut

İstər qapalı, istər açıq məkanlarda, istərsə də 50-150 nəfərə qədər şəxsin olduğu toy keçirilən məkanlarda xidmət personalı, işçi heyətindən tam vaksinasiya, ya da avqustun 1-nə kimi ilk dozanın vurulması tələb edilir. Bu qaydaların qorunması ilə bağlı aidiyyatı qurumlar birgə nəzarət tədbirləri həyata keçirir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!