Piyada zolağı olmayan yollar: Problem necə həll olunacaq?

saytların hazırlanması

Evə çatdırılma

Piyada zolağı olmayan yollar: Problem necə həll olunacaq?

Sosial

08 İyul 2022 14:15 835


“Yeni Sabah”a Qaraçuxur qəsəbəsindən daxil olmuş şikayətdə piyada zolağının yoxluğu qabardılır. Bu ərazidə Babək prospekti ilə birləşdirən 4 zolaqlı yol da yerləşir. Şikayətçilər nəqliyyat vasitələrinin çox olduğu bu yolları adlamanın çətinliyini vurğulayırlar. Bəs, piyadalar nə etməlidir? Axı hər gün mənzilbaşına çatmaq istəyən piyada real təhlükə ilə üzləşir.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsini icra edən Araz Əsgərli mövzuya dair Yenisabah.az-a açıqlamasında bildirib:

“İlin əvvəlindən bu günə qədər, yəni ötən dövr ərzində, paytaxtda 3000-nə yaxın nöqtədə hərəkətin təşkili ilə bağlı çatışmazlıqlar barədə müvafiq təkliflər aiddiyyəti üzrə təqdim olunub. Bizə bu məsələlərin həllinin mərhələli şəkildə həyata keçiriləcəyi bildirilib”.  pizza

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi  Mais Ağayev də mövzuya rəy bildirib:

“Qaraçuxur qəsəbəsini Babək prospekti ilə birləşdirən bu yolda (“qəbiristanlıq yolu”) yolda təmir işləri davam edir. Ərazidə səki olmadığından piyada keçidi qoyulması  düzgün deyil.  Hazırda həmin yolda  torpaq sürüşməsinə qarşı istinad divarı qoyulur. Təmir işləri bitəndən sonra  həm piyadaların, həm avtomobillərin rahat hərəkəti üçün zəruri tədbirlər görüləcək”.

M. Ağayev, həmçinin, sözügedən ərazinin bəzi yerlərində piyada keçidləri olsa da, piyadaların keçidi adlama çətinliyinə də toxunub:

“İlqar Musayev küçəsinin bəzi hissələrində piyada keçidi olsa,  orada piyadaların rahat hərəkəti üçün  əlverişli şərait yoxdur.  Həmin ərazidə təhlillər aparılır və layihələşdirmə işləri görülür.

Ümumiyyətlə, yol dairəsi ətrafında həm nəqliyyat vasitələrinin, həm də piyadaların hərəkətində müəyyən çatışmazlıqlar var. Oradan “Baku Medical Plaza”ya qədər ki hissələrdə yolun hərəkəti yenidən layihələndirilir. Layihələşdirmə çərçivəsində həm piyada keçidlərinin səkilərin qoyulması,  həm də avtomobillərin hərəkəti üçün əlverişli şərait yaradılacaq”.

Mais Ağayev bəzi səkiləri ictimai iaşə obyektlərinin zəbt etdiyini, bunun aradan qaldırılması üçün də kompleks yanaşmanın zəruriliyini vurğulayıb.

İmamət İSMAYILOVA


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!