AZAL biletlərə 25 faiz endirim etdi

saytların hazırlanması

Evə çatdırılma

AZAL biletlərə 25 faiz endirim etdi

İqtisadiyyat

25 Noyabr 2026 09:12 212


Azərbaycan Hava Yolları “Sərfəli Cümə” kampaniyasını elan edir. 25–30 noyabr 2026-cı il tarixlərində sərnişinlər seçilmiş beynəlxalq istiqamətlər üzrə ekonom və biznes siniflərində aviabiletləri 25%-dək endirimlə əldə edə biləcəklər.

Həmçinin “AZAL Miles” müştəriləri mobil tətbiq üzərindən millərlə bilet aldıqda “BLUEFRIDAY” promokodu ilə 35%-dək endirim qazana bilərlər.

Dekabrda bayram ab-havasını başqa bir şəhərdə yaşamaq, qış mövzsümündə yaxınları ziyarət etmək və və ya yazın ilk səyahətini planlaşdırmaq istəyən sərnişinlər bu fürsətdən yararlana bilərlər. Elektronika məhsulları

Kampaniya aşağıdakı uçuş tarixlərini əhatə edir:

1–20 dekabr 2026-cı il

10 yanvar – 28 fevral 2027-ci il

1–30 aprel 2027-ci il

Endirim faizi uçuş istiqamətindən və seçilmiş tarifdən asılı olaraq dəyişir. Endirim yalnız aviabiletin tarif hissəsinə tətbiq olunur. Vergilər və digər yığımlar endirimə daxil deyil. Endirimli aviabiletlərin sayı məhduddur. Kampaniya kodşerinq, çarter və ölkədaxili reyslərə şamil olunmur.

Aviabiletləri azal.az saytından, Azərbaycan Hava Yollarının mobil tətbiqindən, həmçinin bilet kassalarından və akkreditə olunmuş agentliklərdən əldə etmək mümkündür.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!