Polis “Arzu“da toy edən adamın arzusunu gözündə qoydu

saytların hazırlanması

Evə çatdırılma

Polis “Arzu“da toy edən adamın arzusunu gözündə qoydu

Sosial

30 İyul 2021 16:00 1387


Saatlıda karantin qaydalarının pozulduğu toy məclisi aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Yeni Sabah"a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirilən reydlər nəticəsində rayonun Sarıcalar kəndi ərazisində yerləşən "Arzu" şadlıq sarayında təşkil olunan toy məclisində karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları aşkarlanıb. 

Şöbə əməkdaşlarının  həyata keçirdikləri tədbirlərlə adı çəkilən sarayda keçirilən toy mərasimində icazə verilən həddən artıq sayda qonağın iştirak etməsi müəyyən edilib. pizza mizza

Polis əməkdaşlarının tərəfindən analoji qayda pozuntusu rayon ərazisində yerləşən fərdi yaşayış evlərinin birində keçirilən toy məclisində də aşkarlanıb. 

Belə ki, ev sahibi M.Kərimovun təyin olunmuş qaydaları pozaraq evinin həyətində 70 nəfər qonağın iştirakı ilə toy məclisi keçirdiyi müəyyən olunub. 

Aşkarlanan hər iki qayda pozuntusu ilə bağlı inzibati qaydada tədbirlər görülüb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!