Polis evi tərk edən COVID-19 xəstəsini saxladı

saytların hazırlanması

Evə çatdırılma

Polis evi tərk edən COVID-19 xəstəsini saxladı

Sosial

28 Yanvar 2022 09:05 487


Hacıqabulda yaşadığı evi tərk edən COVID-19 xəstəsi saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən Yenisabah.az-a verilən məlumata görə, Hacıqabul rayonu Atbulaq kənd sakini Elgün Baxşəliyevə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin olunub və ona tətbiq edilən qaydalara riayət etməsi, yaşayış yerini tərk etməməsi tapşırılıb.

Lakin adı çəkilən şəxs təyin edilən qaydalara baxmayaraq, yaşayış yerini tərk edib.  pizza

Polis əməkdaşları tərəfindən qaydaları pozan şəxsin qanunazidd hərəkətinin qarşısı alınaraq, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.

Faktla bağlı araşdırmalar aparılır.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!