“Polşa hökuməti tərəfindən yaradılan komissiya İkinci Dünya Müharibəsinə görə, Almaniyanın təzminat ödəməsi üçün sənəd hazırlayır”.
Yenisabah.az xəbər verir ki, bu sözləri Polşanın Baş naziri Mateuş Moravetski deyib.
Dövlət başçısı, həmçinin, hazırda bu sənədin alman dilinə tərcümə olunduğunu və yaxın vaxtlarda Almaniya tərəfinə veriləcəyini açıqlayıb. pizza hut
Qeyd olunur ki, komissiya dörd ildir ki, kompensasiya iddiası sənədi üzərində işləyir.
Bildirilir ki, sənədəddə təkcə nasistlərin törətdiyi hərbi cinayətlər deyil, eləcə də nasist hakimiyyəti illərində Polşa ərazisində törədilmiş dağıntılar da öz əksini tapıb. Moravetski bildirib ki, sənəd üç cilddən ibarətdir. Lakin o, nəticədə tələb olunan kompensasiyanın nə qədər olduğunu təfərrüatlı şəkildə açıqlamayıb.
Telegram kanalımız