Polşa Ukraynanın yenidən qurulması üçün vəsait toplayan maliyyə mərkəzi olmaq niyyətindədir.
Yenisabah.az “RMF 24”ə istinadla xəbər verir ki, məlumatı ölkənin maliyyə nazirinin müavini Artur Sobon açıqlayıb.
O bildirib: “Ukraynaya hərbi yardımdan danışsaq, Polşa hərbi mərkəz rolunu oynadığından istərdik ki, o həm də Ukraynanın yenidən qurulması üçün maliyyənin keçəcəyi maliyyə mərkəzinə çevrilsin”. pizza sifarişi
Bu yaxınlarda Polşa prezidenti Anjey Duda ölkəsinin ABŞ və Böyük Britaniyadan sonra Ukraynaya silah tədarük edən üçüncü ölkə olduğunu bildirib.
Qeyd edək ki, bundan əvvəl Rusiya Ukraynanı hərbi texnika ilə təchiz etdiyinə görə NATO ölkələrinə etiraz notası göndərib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Ukrayna üçün nəzərdə tutulan hərbi texnikanın olduğu istənilən yük Rusiya üçün qanuni hədəfə çevriləcək. Rusiya Federasiyası Xarici İşlər Nazirliyi NATO ölkələrinin Ukraynaya hərbi texnika verməklə odla oynadığını açıqlayıb.
Telegram kanalımız