Polşa ukraynalı qaçqınlara yardımı dayandıracaq 

saytların hazırlanması

Evə çatdırılma

Polşa ukraynalı qaçqınlara yardımı dayandıracaq 

Dünya

02 İyun 2022 13:43 768


“Polşa iyulun 1-dən Ukraynadan olan qaçqınlara yardım verməyi dayandıracaq”. 

“Report” “Rzeczpospolita” qəzetinə istinadən xəbər verir ki, bu barədə Polşa daxili işlər naziri və adminstrasiyanın müavini Paverl Şefernaker bildirib.

Onun sözlərinə görə, hazırda ukraynalı qaçqınlara sutkalıq 40 zlot (9,5 dollar) məbləğində yardım verilir: "Fevralın 24-dən sonra Ukraynadan Polşaya gələn hamilələr və ya çoxuşaqlı qadınlara, əlillərə bu yardım hələlik ödəniləcək". pizza mizza

Polşa sərhəd mühafizə xidmətinin məlumatına görə, Ukraynadan ölkəyə 3,57 milyon ukraynalı köç edib. Ölkənin daxili işlər naziri Zbiqnev Raun isə bildirib ki, onların 2 milyonu məhz Polşada qalmaq istəyir.

Qeyd edək ki, böyüklüyünə görə Polşanın ən böyük şəhərində iyunun 1-dən ukraynalı qaçqınlara şəhər nəqliyyatından pulsuz gediş güzəşti ləğv edilib.

Xatırladaq ki, ukraynalı qaçqınların Polşada işləməsi üçün də icazə verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!