Prezident azad edilmiş ərazilərlə bağlı fərmana dəyişiklik etdi

saytların hazırlanması

Evə çatdırılma

Prezident azad edilmiş ərazilərlə bağlı fərmana dəyişiklik etdi

Sosial

01 Mart 2023 14:08 887


Prezident İlham Əliyev “İşğaldan azad edilmiş ərazilərdə şəhərsalma fəaliyyəti sahəsində idarəetmə ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 mart tarixli 1304 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb. 

Yenisabah.az xəbər verir ki, Fərmanla “İşğaldan azad edilmiş ərazilərdə şəhərsalma fəaliyyəti sahəsində idarəetmə ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 mart tarixli 1304 nömrəli Fərmanında aşağıdakı dəyişikliklər edilir: 

- 1.1-ci bəndə “tikinti” sözündən sonra “, yer təkinin geoloji öyrənilməsi və faydalı qazıntı yataqlarının istismarı, habelə faydalı qazıntıların çıxarılması ilə əlaqəli olmayan yeraltı qurğuların tikilməsi və istismarı” sözləri əlavə edilsin.  pizza hut

- 1.3-cü bəndə “tikinti” sözündən sonra “və faydalı qazıntı yataqlarının istismarı” sözləri əlavə edilsin. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!