Prezident bu xanıma yüksək vəzifə verdi

saytların hazırlanması

Evə çatdırılma

Prezident bu xanıma yüksək vəzifə verdi

Sosial

02 İyun 2026 17:20 421


Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin sədrinə yeni müavin təyin olunub.

“Yeni Sabah” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, Lalə Elman qızı Abdullayeva Agentliyin İdarə Heyətinin sədr müavini təyin edilib. pizza sifarişi

Qeyd edək ki, Lalə Elman qızı Abdullayeva 1976-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Texniki Universitetində Metrologiya, standartlaşdırma və keyfiyyətin idarə edilməsi, Bakı Dövlət Universitetində isə Beynəlxalq hüquq ixtisası üzrə təhsil alıb. O, əmək fəaliyyətinə 2001-ci ildə MSK-nın Beynəlxalq əlaqələr şöbəsində baş məsləhətçi vəzifəsi ilə başlayıb. Sonrakı illərdə müxtəlif sığorta şirkətlərinin idarə heyətlərində təmsil olunub.

2024-cü ildə Dövlət Reklam Agentliyinin İnsan resursları, hüquq və kargüzarlığın təşkili şöbəsinin müdiri vəzifəsinə təyin edilib. 2024-cü ilin oktyabr ayından Agentliyin Transformasiya üzrə direktoru vəzifəsini icra edib. Son təyinatadək Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin İdarə Heyəti sədrinin müşaviri kimi çalışıb.  Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 21 may tarixli Sərəncam ilə Agentliyin İdarə Heyətinin sədr müavini təyin olunub. Ailəlidir, 2 övladı var.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!