Prezident deputat toxunulmazlığını ləğv edən qanunu imzaladı

Prezident deputat toxunulmazlığını ləğv edən qanunu imzaladı
Sent 11, 2019 16:15
Oxunma sayı: 125

Ukrayna Prezidenti Vladimir Zelenski xalq deputatlarının toxunulmazlığının ləğv olunması barədə qanunu imzalayıb.

"Yeni Sabah" Ukrayna mətbuatına istinadən xəbər verir ki, qanuna əsasən, Konstitusiyanın 80-ci maddəsinə dəyişiklik edilib.

Belə ki, deputatlara toxunulmazlıq zəmanəti verilməsi, onların Ali Radanın razılığı olmadan cinayət məsuliyyətinə cəlb edilməsinə, saxlanmasına və ya həbs olunmasına qadağa qoyan müddəalar çıxarılıb.

Həmçinin, deputatlar təhqir və böhtana görə məsuliyyət istisna olmaqla, səsvermənin nəticələrinə və ya parlamentdə çıxışlarına görə hüquqi məsuliyyət daşımırlar.

Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Xatırladaq ki, Ukrayna Ali Radası sentyabrın 3-də “Ölkə Konstitusiyasının 80-ci maddəsinə dəyişiklik edilməsi barədə (xalq deputatlarının nisbi toxunulmazlığı)” qanunu ikinci oxunuşda qəbul edib. 373 deputat qanunun lehinə səs verib.

 

Yenisabah.az