Prezident İLham Əliyev Misir dövlət başçısı Əbdülfəttah Sisini təbrik edib.
"Yeni Sabah" xəbər verir ki, təbrik məktubunda deyilir:
"23 İyul – İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütün Misir xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir və ən xoş arzularımı çatdırıram. pizza hut
Dostluq və qarşılıqlı hörmət ruhunda inkişaf edən Azərbaycan-Misir dövlətlərarası münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur.
Əminəm ki, xalqlarımızın iradəsinə uyğun olaraq ölkələrimiz arasında dostluq əlaqələri, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız bundan sonra da birgə səylərimizlə yüksələn xətt üzrə inkişaf edəcək və daha da genişlənəcəkdir.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, fəaliyyətinizdə müvəffəqiyyətlər, dost Misir xalqına daim əmin-amanlıq və rifah diləyirəm".
Telegram kanalımız