Prezident SOCAR-a 7 vitse-prezident təyin etdi 

saytların hazırlanması

Evə çatdırılma

Prezident SOCAR-a 7 vitse-prezident təyin etdi 

Sosial

28 İyul 2023 17:32 6058


Arzu Sahib qızı Cavadova Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilib. 

Yenisabah.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. 

Dövlət başçısının digər sərəncamı ilə İsmayıl Fikrət oğlu Zərgərli Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin olunub.  pizza

Dövlət başçısının digər bir sərəncamı ilə Babək Elbəniz oğlu Hüseynov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilib. 

Prezident həmçinin Əfqan Elçin oğlu İsayevin də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilməsi haqqında sərəncam imzalayıb. 

Bu gün həmçinin Anar Fərruh oğlu Məmmədov da Azərbaycan Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin olunub. 

Dövlət başçısının digər bir sərəncamı ilə Fuad Bəkir oğlu Musayev də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilib. 

Bu gün həmçinin  Ziba Tacəddin qızı Mustafayeva da Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!