Prezident Ukraynaya verdiyi tövsiyəni təkrarladı: İşğalla barışmayın

saytların hazırlanması

Evə çatdırılma

Prezident Ukraynaya verdiyi tövsiyəni təkrarladı: İşğalla barışmayın

Siyasət

13 İyul 2026 10:46 77


Azərbaycan hər zaman Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib və dəstəkləyəcək.

"Yeni Sabah" xəbər verir ki, bunu Prezident İlham Əliyev Şuşada "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib: Sezar pizza

"Ötən il Ukraynaya verdiyim tövsiyəni bu gün yenə də təsdiq edirəm ki, münaqişə ilə razılaşmayın. Onlar da məhz bunu edir. Düzdür, illər ərzində çətin dövrlər olub, biz bunun şahidi olmuşuq. Bilirik ki, müəyyən dairələrin təzyiqi olub ki, əməliyyatlar dayandırılsın, işğalın möhkəmləndirilməsi ilə bağlı təkliflər olub, Ukrayna xalqı və hökuməti təbii ki buna razı olmadı".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!