Moldova Prezidenti Maya Sandu ölkə vətəndaşlarını Avropaya inteqrasiyaya dəstək məqsədilə paytaxt Kişineuda kütləvi mitinqə çıxmağa çağırıb.
Yenisabah.az “Moldpress”ə istinadla xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında bildirib.
Sandunun sözlərinə görə, mayın 21-də Böyük Millət Məclisi meydanında “Avropa Moldovası” görüşü təşkil olunacaq: pizza
“Birlikdə ümumi arzumuzu dəstəkləyəcək, bütün dünyaya nümayiş etdirəcəyik ki, biz Avropa İttifaqını vətənimizdə qurmaq istəyirik”.
Xatırladaq ki, 2020-ci ildə hakimiyyətə gələn M. Sandu iqtidarının qərbyönümlü siyasət yürütməsi Moldovanın Rusiya ilə münasibətlərini kəskin surətdə gərginləşdirib. Kremlin Ukrayna kampaniyasını tənqid edən Sandu hakimiyyəti 1990-cı illərdən rusların nəzarətində olan Dnestryanı bölgəsinin də Moldovaya təhvil verilməsini tələb edir.
Telegram kanalımız