Prezidentdən şok iddia: “Rusiya ölkəmizə hücuma hazırlaşır”

saytların hazırlanması

Evə çatdırılma

Prezidentdən şok iddia: “Rusiya ölkəmizə hücuma hazırlaşır”

Dünya

13 Fevral 2023 18:58 1265


Ukrayna Prezidenti Vladimir Zelenskinin Rusiyanın Moldovada sabitliyi pozmaq planları ilə bağlı bəyanatları strukturlarımız tərəfindən təsdiqlənib.

Yenisabah.az xəbər verir ki, bunu Moldova Prezidenti Maya Sandu deyib.

Onun sözlərinə görə, hakimiyyət Rusiyanın yaxın gələcəkdə Moldovada sabitliyi pozmaq planlarından xəbərdardır. Sandu dövlət binalarına hücum edəcək və insanları girov götürəcək hərbi təlim keçmiş diversantların iştirakı ilə əməliyyatların planlaşdırıldığını iddia edib. Dördpendirli pizza

“Ukraynalı tərəfdaşlarımızdan alınan sübutlar bu bombardman əməliyyatlarının yerlərini və maddi-texniki aspektlərini göstərir. Plan həmçinin zorakılıq aksiyalarına kənardan insanların cəlb edilməsini nəzərdə tutur. Bunun məqsədi hakimiyyəti devirmək və ya Kişinyovda Avropa Birliyinə inteqrasiya prosesini dayandırmaq üçün ölkəni Rusiyanın təsir dairəsinə keçirəcək legitim hakimiyyəti qeyri-legitim hökumətlə əvəz etməkdir”, - Moldova lideri bildirib./Teleqraf


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!